Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Polislərə yeni rütbələr verildi

Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramı və 2013-2014-cü tədris ilinin başa çatmasına həsr olunmuş tədbir keçirilib. Simsar.az-ın məlumatına görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov, DİN-in digər rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdən əvvəl nazirlik rəhbərliyi və əməkdaşlar Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra isə tədbirdə iştirak edənlər Polis Akademiyasına toplaşıblar.

Polis Akademiyasında keçirilən tədbirdə nazir Ramil Usubov, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edib.

Tədbirdə çıxış edən Fuad Ələsgərov prezident İlham Əliyevin adından Azərbaycan polisini təbrik edib. Təbrikdə polis orqanlarının 96 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildiyi, müstəqillik və daxili sabitliyinin təmin olunmasında mühüm rol oynadığı qeyd edilib.

Bundan sonra tədbirdə çıxış edən Ramil Usubov görülən işlərin nəticəsində Azərbaycanda cinayətkarlığın azaldığını vurğulayıb.

Tədbirin sonunda Ramil Usubov Polis Akademiyasını fərqlənmə ilə bitirən məzunlara diplomları və “polis baş leytenantı“ xüsusi rütbələrinin poqonlarını təqdim edilib.

Akademiyanı fərqlənmə diplomu ilə bitirən İlkin Almazov yaş kötüyə rəmzi xatirə lövhəsini vurub.

Sonda şəxsi heyət tribunanın qarşısından keçid edib.






2 İyul, 2014  11:03 Baxılıb: 853 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner