Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Firəngiz Əlizadə: “İpək Yolu” bu dəfə Hindistan və Çində keçiriləcək”

Şəki “İpək Yolu” V Beynəlxalq musiqi festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə festivalın açılışı günündə jurnalistlərə müsahibəsində  IV “İpək Yolu” festivalından sonrakı bu bir ilin hiss olunmadan ötdüyünü və yenidən Şəkidə “İpək Yolu” festivalının dinamik, parlaq hadisələrlə yadda qaldığını bildirib: “Ötən festivalda Qara Qarayevin “Yeddi gözəl” baletinin açıq havada nümayişinin şəkililər və qonaqlar heyranlıqla qarşılanmasından ilhamlanaraq, biz bu dəfə festivalı yeni bir tamaşa – Azərbaycan musiqisinin şedevri olan Niyazinin “Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş balet tamaşası ilə açdıq. Simfonik orkestrin ifası festivalın başlanğıcı və finalı arasında özünəməxsus körpü rolunu oynayır. Builki festivalda ilk dəfə Rusiyanın məşhur kollektivi – Sankt-Peterburqun “Ermitaj” simfonik orkestri klassik musiqi əsərlərinin parlaq ifası ilə dinləyicilərə zövq verəcək”.

Festivalın daha bir yeniliyinin Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşasının nümayişi ilə bağlı olduğunu vurğulayan Firəngiz Əlizadə “İpək Yolu”nun marşrutunun bu dəfə Hindistan və Çin kimi ekzotik ölkələrdən keçəcəyini, Azərbaycanın qədim musiqi alətləri ansamblının ecazkar ifalarının, “Eurovision” mahnı müsabiqəsinin qaliblərinin və iştirakçılarının gənclik təravətli, müasir ritmli çıxışlarının festivalın palitrasını yeni çalarlarla zənginləşdirəcəyini, İstanbulun məşhur ansamblı – Modern Folk Müzik Topluluğunun maraqlı konsert proqramı ilə tamaşaçıları sevindirəcəyini bildirib.

Günel







2 İyul, 2014  10:48 Baxılıb: 833 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner