Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İsrail sakitləşmir, Qəzza vurulacaqmı?

İsrail xarici işlər naziri Avidqor Liberman 2002-də İordan çayının qərb sahilinə edilən “Müdafiə Qalxanı əməliyyatı”-na bənzər geniş çaplı bir əməliyyatın Qəzzaya edilməsi təklifini edib.

Liberman Qəzzadan başlayan raket hücumlarıyla, 3 Yəhudi gəncin öldürülməsi hadisəsinin əlaqəli olduğunu bildirib: “Müdafiə Qalxanı 2 əməliyyatı” hazırlamaq lazımdı. Ancaq bu dəfə əməliyyat Qəzzaya edilməlidir. Başımızı quma basdıra bilmərik. Həmas Fələstini və İordan çayının qərb sahilin ələ keçirmək istəyir. Həmas öldürməyə meylli terror təşkilatı idi və hələ də elə qalır. Onların bu bölgəni ələ keçirməsi hərbi yolla durdurulmalıdır. Bu isə yalnız onlara hərbi zərbələr endirməklə mümkündür”

Məlumat üçün bildirək ki, Ariel Şeronun hakimiyyəti dövrü - 2002-ci ildə İordan çayının qərb sahilinə "Müdafiə Qalxanı əməliyyatı" edilmişdi. Əməliyyatda 20 İsrail əsgəri, 200-dən çox Fələstinli ölmüşdü. Təxminən 5 min Fələstinlinin əsir alındığı əməliyyat İsrailin 1967-ci ildən bəri İordan çayının qərb sahilinə hazırladığı əməliyyatların ən qanlısı hesab edilir.

Türkiyə narahatdır

Digər tərəfdən rəsmi Türkiyə yaşanan hadisələrdən naraht olduğunu bildirib. Xarici İşlər Nazirliyi açıqlamasında hər iki tərəfi diqqətli olmağa və istənilən adımda keçmişdə yaşanan acılardan dərs alaraq hərəkət etməyə çağırıb.

Vüsal Qarayev







2 İyul, 2014  08:27 Baxılıb: 736 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner