Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Teatrımızın üzv olduğu beynəlxalq qurumda yeniliklər

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2011-ci ildən üzv olduğu Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİSTEJ-də bəzi kadr dəyişiklikləri baş verib. Belə ki, bu ilin may ayının 23-dən-31-dək Varşavada keçirilən18-ci ASSİTEJ Ümumdünya konqresində qurumun 2011-2014-cü illərdə İcraiyyə komitəsinin  fəaliyyətini əhatə edən məsələlər müzakirə edilmiş, hesabatlar dinlənilib, gələcək illərdə baş tutacaq mühüm beynəlxalq teatr tədbirlərinin tarixləri və növbəti illər üçün qurumun icraiyyə komitəsi müəyyən edilmişdi. Korczak Beynəlxalq uşaq və gənclər teatrları festivalı çərçivəsində ASSİTEJ – Polşa Milli Mərkəzinin təşkilatçılığı ilə Varşavanın  Elm və İncəsənət Sarayında baş tutan konqresdə 50-dən artıq ölkənin nümayəndələri iştirak ediblər.

Konqresdə səsvermə yolu ilə növbəti 2014-2017-ci illər üçün yeni İcraiyyə Komitəsi təyin edilib. Ivetta Hardi səs çoxluğu ilə yenidən prezident kürsüsünə layiq görülub, 6 icraiyyə komitəsinin üzvü qalmaqla, daha 6 üzv əlavə edilərək, bir sıra ölkələrin nümayəndəlikləri və səfirliklərindən üzvlüklə əlaqədar təkliflər verilib.

Keçmiş baş katib vəzifəsini icra edən İvisa Simiçin 15 illik fəaliyyəti isə konqres zamanı xüsusi vurğulanaraq yüksək qiymətləndirilib.  Ivisa Simiçin yerinə yeni baş katib Marisa Ximenes Kaço təyin edilmiş, baş katiblik ofisi Zaqrebdən Mexikoya köçürülüb.

Yeniliklərin teatrımıza da yaxşı mənada təsi edərək ölkəmizin dünya teatr səhnəsinə inteqrasiya etməsi baxımından uğurlu olacağına inanırıq.

Günel

 






2 İyul, 2014  08:25 Baxılıb: 783 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner