Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“İpək Yolu” V Beynəlxalq musiqi festivalının açılışı olub

Şəki şəhərindəki XIX əsrə aid tarixi-memarlıq abidəsi - Aşağı Karvansaray kompleksində “İpək Yolu” V Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi keçirilib.

Simsar.az xəbər verir ki, mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Firəngiz Əlizadə çıxış edərək artıq ənənə halını almış “İpək Yolu” Beynəlxalq musiqi festivalının Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qaldığını, dünya musiqi sənətinin parlaq incilərindən ibarət rəngarəng konsert proqramları ilə hamıya xoş bayram ovqatı bəxş etdiyini bildiriblər.

Qeyd olunub ki, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan, Mədəniyyət və Turizm Nazirliyi, Mədəni İrsin Qorunmasına Dəstək İctimai Birliyi və digər qurumların dəstəyi ilə ənənəvi olaraq artıq beşinci dəfədir keçirilən bu festival Şəki şəhərinin mədəni həyatında böyük bir hadisə olmaqla xalqımıza xas zəngin tarixi, mədəni irsi təbliğ etməyə, eləcə də bölgənin turizm potensialını genişləndirməyə yaxşı imkan yaradır.

Vurğulanb ki, ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, zəngin ənənələrinin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyəti çox böyükdür.

Bildirilb ki, bu gün Şəki orta əsr şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan nadir bir məkandır. Festivalın konsertlərinin tarixi memarlıq abidələrinin önündə keçirilməsi tədbirin əhəmiyyətini daha da artırır.

Bu mənada, Böyük İpək Yolunun üzərində yerləşən, mühüm sənət və ticarət mərkəzi olan Şəkidə möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının keçirilməsi heç də təsadüfi deyildir, olduqca əhəmiyyətlidir.

Festivalın bu ilki iştirakçıları arasında Böyük İpək Yolu ölkələrinin, həmçinin türkdilli xalqların folklor, rəqs və musiqi kollektivlərinə üstünlük verilib. Festivalda Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivləri maraqlı konsert proqramları ilə çıxış edəcəklər. “Eurovision” mahnı müsabiqəsinin qaliblərinin və iştirakçılarının konserti festivalın yeniliyi olacaq. Festivalın proqramı çərçivəsində TÜRKSOY-un hazırladığı “Delife” - 11 türkdilli ölkənin milli kostyumlarının müxtəlifliyini, həmçinin musiqi nömrələrini əks etdirən böyük konsert təqdim ediləcək. Bundan əlavə, 7 ölkədən gəlmiş rəssamlar festivalla bağlı təəssüratlarını öz tablolarında canlandıracaqlar.

Sonra festivalın rəmzi simvolunun təqdimatı olub.

Rəsmi hissədən sonra tamaşaçılar Azərbaycan Opera və Balet Teatrının balet truppasının ifasında Niyazinin “Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş balet-tamaşanı izləyiblər.

Tamaşanın quruluşçu baletmeysteri Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, quruluşçu rəssam isə Xalq Rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayılovdur.

Baletdə Tomris rolunu Xalq Artisti, “Qızıl Dərviş” və “Zirvə” mükafatları laureatı Kamilla Hüseynova, şah rolunu Anar Mikayılov ifa ediblər. Balet-tamaşada, həmçinin Xalq Artisti Gülağası Mirzəyev, Əməkdar Artist Yelena Skomoroşenko və başqaları oynayıblar.

Balet tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda şəhər icra hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi – festivalın simvolu təqdim olunub.

Günel







2 İyul, 2014  08:13 Baxılıb: 781 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner