Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Çağ öyrətim"in şagirdləri üçün 6 min yer təqdim olundu

Bu gündən Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin fəaliyyəti dayandırılan ümumtəhsil müəssisələrinin şagirdlərin yerləşdirilməsinə başlanıb.

Simsar.az-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva deyib ki, yerləşdirilmə üçün şagirdlərə və valideynlərə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində yerlər təqdim olunur. Hazırda valideynlərin qəbulu prosesinin getdiyini deyən sektor müdiri qeyd edib ki, qəbul həm Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət vasitəsilə, həm də valideynlərin övladlarının təhsil almaq istədikləri ümumtəhsil məktəblərinə birbaşa müraciət etməsi ilə həyata keçirilir. Onun sözlərinə görə, fəaliyyəti dayandırılan ümumtəhsil müəssisələrin şagirdləri qeydiyyata alınacaq, sentyabrdan isə onlar təhsillərini müvafiq məktəblərdə davam etdirəcəklər.

A.Tairquliyeva qeyd edib ki, fəaliyyətinin dayandırılan 11 liseydən yalnız 3-ü Bakı şəhərində yerləşib: “Həmin liseylərdə 1600 şagird (Azərbaycan və rus bölməsi daxil olmaqla) təhsil alıb. Həmin şagirdlərin yerləşdirilməsi üçün şagirdlərə və valideynlərə 6 minə qədər yer təqdim olunur. Təhsil İdarəsinə regionlardan da şagirdlər müraciət edə bilərlər. Onlar özlərinə uyğun və münasib olan məktəblərə müraciət edərək təhsillərini orada davam etdirəcəklər”.

A.Tairquliyevanın sözlərinə görə, bu gün qəbulun ilk günü olduğu üçün hələlik statistika və müraciətlərin forması barədə tam məlumat vermək mümkün deyil. Lakin yaxın günlərdə bütün məlumatlar ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan 3200 şagirdin təhsili ilə 397 müəllim məşğul olub. İyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Təsisçilərin qərarına əsasən, Ağdaş Liseyi, Bakı Liseyi, Dədə Qorqud Liseyi, Qafqaz Gimnaziyası, Gəncə Liseyi, Quba Liseyi, Lənkəran Liseyi, Mingəçevir Liseyi, Sumqayıt Liseyi, Şəki Liseyi, Şirvan Liseyi bağlanıb.

APA






1 İyul, 2014  16:05 Baxılıb: 646 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner