Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda “Hilal Agro”nun yeni mağazası açıldı – “HİLAL ƏT” – FOTOLAR ®

Bu gün “Hilal Agro” şirkətinin “Hilal Ət” brendi altında növbəti mağazasının açılışı olub. Simsar.az xəbər verir ki, Azadlıq Prospekti 163-də (Koroğlu meydanının yanı) yerləşən yeni mağazanın açılışını “İpək yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin sədri Rəşid Çulaqov və “Hilal Agro” şirkətinin baş meneceri Emin Hacı ediblər.

“Yeni mağazada da “Hilal Ət” brendi ilə satılacaq ətlər keyfiyyəti və qiyməti ilə alıcıların diqqətini çəkəcək”  - bunu şirkətin baş meneceri Emin Hacı deyib. O bildirib ki, “Hilal Agro” şirkəti 2011-ci ildən fəaliyyətə başlayıb. "Şirkətin ilk mağazası 2012-ci ilin oktyabr ayında açılıb. Cari ilin əvvəlində genişlənməsi qərara alınıb və bu gün 4-cü mağazanın açılışını edirik. Yaxın bir ay ərzində “Hilal Agro” şirkətinin daha 2 mağazası müştərilərə xidmət göstərəcək. İlin sonuna qədər şəbəkədəki mağaza sayının 10-a çatdırılması nəzərdə tutulub".

Emin Hacı onu da bildirib ki, prezident İlham Əliyevin 16 yanvar 2014-cü il tarixli “Kənd təsərrüfatı və  ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamında sanitar-epidemioloji tələblərə cavab verməyən ət kəsim sahələrinin qarşısının alınması və bu tələblərə  uyğun ət kəsim sahələrinin yaradılmasına toxunulur. Bu sərəncama uyğun olaraq “Hilal Agro” şirkəti tərəfindən baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə cavab verən kəsim sahəsi avtomatlaşdırılmış avadanlıqlarla təchiz olunub. Aparılan heyvan kəsimi İslami şərtlərə uyğun kəsilir. Ətlərin satış mağazalarına daşınması sanitar-epidemioloji tələblərə cavab verən soyuduculu avtomaşınlarla həyata keçirilir”.

Elə açılış zamanı mağazanı ziyarət edənlər, ət alanlar az olmadı. Alıcı Həsən dayı deyir ki, şəhərdə belə mağazaların sayını artırmaq lazımdı. Ona görə ki, həm baxırsan hər tərəf səliqəli, təmiz, həm də qiyməti ucuzdur. Alıcının da ürəyi hardan istəyirsə, ordan ət verilir. İstəyirsən çəkdir al, istəyirsən də sümüksüz ət al bu sənin seçimindi. Ancaq burda bir kəlimə deyirsən, necə istəyirsən o cür də ət verirlər.

Qeyd edək ki, yaxın bir ay ərzində “Hilal Agro” şirkətinin “Hilal Ət” brendi altında 2 mağazası da açılacaq.






1 İyul, 2014  15:56 Baxılıb: 5235 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner