Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan beynəlxalq sərgidə iştirak edib

Tehranın Qəsr muzeyində keçirilən beynəlxalq “Art Collect” sərgisində ölkəmizi “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı təmsil edib.

Simsar.az xəbər verir ki, beynəlxalq sərgidə “Arts Council Azerbaijan”ın kolleksiyasından Aydın Əsgərin və Edita Suxoçkitenin əsərləri nümayiş olunub.

Dünyanın çoxsaylı ölkələrindən muzey və qalereyaların iştirak etdikləri bu sərgidə təqdim olunan kolleksiyalar sırasında Pablo Pikasso, Salvador Dali, Joan Miro kimi görkəmli sənətkarların işləri də yer alıb.

“Daha yaxşı bir dünya üçün, sülh üçün incəsənət” şüarı ilə keçirilən beynəlxalq sərgidə muzeylərdən, qalereyalardan əlavə kolleksiyaçılar da iştirak ediblər.

Tədbir müasir incəsənətə, onun sintezinə, müxtəlif ölkələrdə incəsənətin dünyagörüşünə və mədəniyyətə təsirinə həsr olunub.

Günel






1 İyul, 2014  14:58 Baxılıb: 752 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner