Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan teatrı: dünəni, bu günü və sabahı” - KONFRANS

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun teatr, kino və televiziya şöbəsi “Azərbaycan teatrı: dünəni, bu günü və sabahı” mövzusunda elmi-praktik seminar keçirib.

Simsar.az xəbər verir ki, seminarda şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov məruzə ilə çıxış edərək Azərbaycanın teatr tarixindən söz aşmış və Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarların yaradıcılığından danışıb.

Sonra teatrşünas Könül Əliyeva Azərbaycan teatr tarixində öz dəst-xətti ilə seçilən, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcısı, rejissor Hüseynağa Atakişiyevin yaradıcılığından, teatrşünas Elçin Cəfərov görkəmli rejissor Vaqif İbrahimoğlunun və onun müəllifi olduğu Yuğ Dövlət Teatrından, Əməkdar Artist Nofəl Vəliyev rejissor, Xalq Artisti Cənnət Səlimovanın sənət dünyasından, teatrşünas Aliyə Dadaşova dünyada mövcud olan “pantomim teatrı” anlayışından və Dövlət Pantomima Teatrının fəaliyyətindən söz açıblar.

Tədbirdə adıçəkilən rejissorlar tərəfində hazırlanmış tamaşalardan fraqmentlər nümayiş olunub.

Günel







1 İyul, 2014  13:13 Baxılıb: 1836 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner