Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ADİU-da “Ağsaqqallar Şurası” yaradıldı

Azərbaycan Dövlət İqtisad Universitetində “Ağsaqqallar Şurası” adlandırılan yeni şura yaradılıb. Universitetin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Şuranın yaradılmasında məqsəd ali təhsil ocağında fəaliyyət göstərən qocaman müəllimlərin pedaqoji, elmi, təlim-tərbiyə, inzibati iş təcrübəsini universitet rəhbərliyi, əməkdaşları və tələbələri ilə bölüşmək, ümumrespublika təhsil, elmi, humanitar proseslərində universitetin nüfuzunun artırılmasına dəstək göstərməkdir.

Ağsaqqallar Şurası ADİU-nun inkişafının kompleks və strateji proqramlarının və digər tənzimləyici sənədlərin işlənib hazırlanmasında iştirak etmək, tələbələrə universitetin inkişaf tarixi, onun elmi və tədris məktəbləri ilə tanış olmalarında yardımçı olmaq hüququna malikdir. Həmçinin Elmi Şura qarşısında müxtəlif profilli fəxri adların verilməsi, əməkdaşların maddi və mənəvi stimullaşdırılması ilə bağlı vəsadət qaldıra bilər.

Şuraya universitetin inkişafına önəmli töhfələr vermiş, tədris, elmi, inzibati və ictimai fəaliyyətdə böyük təcrübəyəmalik, 65 və daha yuxarı yaşı olan nüfuzlu əməkdaşların cəlb edilməsi nəzərdə tutulur. Şuranın tərkibi 15 nəfərdən çox olmamaq şərti ilə rektor tərəfindən müəyyən olunur. Sədr, sədrin müavinləri və katib Ağsaqqallar Şurasının ümumi iclasında səs çoxluğu ilə iki il müddətinə seçilir.

Qeyd edək ki, şuranın ilk iclası sentyabr ayında keçiriləcək.

Aysel Kərimova

 






1 İyul, 2014  12:24 Baxılıb: 730 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner