Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hesablama Palatası Nəqliyyat Nazirliyindəki yoxlamanı müzakirə etdi

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Palatadan Simsar.az-a verilən məlumata görə, kollegiya iclasında həyata keçirilmiş audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq  müvafiq qərarlar qəbul edilib. Hesabat rəyləri Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə dövlət əsaslı vəsait qoyuluşundan Gədəbəy-Qızıltorpaq-Qonaqlı yolunda Fındıxlı çayı üzərində  körpünün  yenidən qurulmasına, Goran-Naftalan  avtomobil yolunun əsaslı təmirinə və Şəmkir-Gədəbəy avtomobil yolunun 42-ci km-də Çolpan çayı üzərində körpünün tikintisinə,  Hacıqabul Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin, həmçinin  Bakı Slavyan Universiteti üzrə  vəsaitlərin  istifadəsinə dair olub.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarları aidiyyəti dövlət qurumlarına göndəriləcək, Həmçinin, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Milli Məclisinə təqdim olunması qərara alınıb.

 

Aysel Kərimova







1 İyul, 2014  12:18 Baxılıb: 650 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner