Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Səudiyyə Ərəbistanının ilk şiə naziri – FOTO

Ərəbistan kralı ölkə tarixində görünməmiş qərar verərək şiə əqidəsində olan bir nəfəri nazir təyin edib. Simsar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Məlik Abdulla Bin Əbdüləziz, Məhəmməd Bin Feysəl Əbusaqı, Nazirlər Kabinetinin Parlament məsələləri üzrə üzvi və məsləhətçi nazir təyin edib. Bu qərar media və siyasilərin diqqətini özünə cəlb edib.

Belə ki, o, ilk şiə əqidəli şəxsdir ki, bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında hakim ailə ölkədəki mühüm vəzifələr üçün öz yaxınlarını, tayfa və məzhəblərinə görə vəzifəyə təyin edirlər. Səudiyyə Ərəbistanında şiələr qərar qəbul etmə zamanı həmişə ikinci dərəcəli vətəndaş kimi qəbul edilib.

Rəsmi Ər-Riyad İraq hakimiyyətini tayfapərəstlikdə və sünniləri hakim vəzifələrdən kənarda tutmaqda ittiham edirdi. Halbuki sünnilər İraqda parlamentdə və digər məsul vəzifələrdə çalışırlar.

Analitiklər hesab edirlər ki, Səudiyyə Ərəbistanı hakimiyyətinin bu qərarı ölkə daxilindəki münaqişəli vəziyyəti bir qədər stabilləşdirmək məqsədi ilə qəbul edilib.

Hüseyn İbadlı

 






1 İyul, 2014  11:15 Baxılıb: 718 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner