Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil İdarəsi Şekspirlə bağlı müsabiqənin nəticələrini açıqladı

Təhsil İdarəsi şagirdlər arasında keçirilən müsabiqənin nəticələrini açıqlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council”un birgə təşkilatçılığı ilə müəllim və şagirdlər arasında keçirilən Vilyam Şekspirin 450 illik yubileyinə həsr edilən müsabiqə başa çatıb.

Qeyd edək ki, dramaturq və şair Şekspir ingilis dilində yaradan yazıçılardan ən görkəmlisi və dünyanın ən möhtəşəm dram əsərləri yazıçısı olmuşdur. O, 450 il bundan əvvəl, təxminən 23 aprel 1564-cü ildə, Eyvon çayı kənarındakı Strətford şəhərində anadan olub. Yaşadığı illərdə o, dünya ədəbiyyatına bir sıra şedevrlər bəxş edib: Hamlet, Romeo və Culyetta, Makbet, Otello, Kral Lir, 12-ci Gecə və s. Hətta bu gün, doğum günündən 450 sonra, Şekspirin pyesləri dünyanın hər dilində, hər nəsilə aid tamaşaçılarla ünsiyyətdədir.

“Şekspir 450” layihəsinin əsas məqsədi, Vilyam Şeksprin mirasını Azərbaycanda paylaşmaq, onun əsərlərindəki müxtəlif mövzuları tədqiq etməyə insanları həvəsləndirmək və ingilis ədəbiyyatına aid görkəmli şəxslər barədə hər kəsi məlumatlandırmaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Simsar.az-a verilən məlumata görə, yubiley tədbirləri zamanı müəllimlər və şagirdlər üçün 2 müsabiqə keçirilib. Müəllimlər Şekspir mövzusunda onlayn resurslardan istifadə edərək Dərs Planı hazırlayıb və sagirdləri ilə həmin dərsi keçib. Şagirdlər isə Şekspir mövzusunda Video müsabiqədə iştirak edərək müxtəlif hədiyyələr qazanıblar.

Müsabiqə qaliblərinin mükafatlandırma mərasimi iyul ayının 2 - si saat 18:00 - da Four Seasons otelində keçiriləcək.

Qaliblərə “British Council” tərəfindən Samsung tablet, iPod shuffle, ödənişsiz IELTS imtahanı, Şekspirin əsərlərindən ibarət kitablar təqdim olunacaq.

Aysel Kərimova

 






1 İyul, 2014  11:04 Baxılıb: 628 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner