Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ABŞ-dan İŞİD-ın "XİLAFƏT" elanına – KRİTİK REAKSİYA

“Bu, beynəlxalq cəmiyyətin, bölgədəki ölkələrin və bütün İraq xalqının üz-üzə olduqları təhdidə qarşı birləşmələri üçün kritik bir məqamdır”.

ABŞ Xarici İşlər Nazirliyinin sözcüsü Jen Psaki İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının, İraqda “xilafət” dövləti elan etməsinin İraq və Suriya xalqı üçün heç bir şey ifadə etmədiyini söyləyib.

Simsar.az “HaberTürk”-ə istinadla xəbər verir ki, keçirdiyi brifinqində Psakiyə  İŞİD-ın “xilafət” dövləti qurması və təşkilatın lideri Əbubəkr əl-Bağdadinin də özünü xəlifə elan etməsi ilə bağlı sual ünvanlanıb.

İŞİD-dan buna bənzər iddiaları daha əvvəl də eşitdiklərini deyən  Psaki,  bildirib ki, bu elan İraqdakı və Suriyadakı insanlar üçün bir məna ifadə etmir: “Atılan addımlar yalnız təşkilatın mövqeyini, insanları qorxu və fərmanla nəzarət altına alma arzusunu ortaya qoyur. Bu, beynəlxalq cəmiyyətin, bölgədəki ölkələrin və bütün İraq xalqının üz-üzə olduqları təhdidə qarşı birləşmələri üçün kritik bir məqamdır”.

Psaki həmçinin  İsrail baş naziri Benyamin Netanyahunun “müstəqil bir kürd dövləti qurulmalıdır" bəyanatına münasibət bildirib: “ABŞ-ın bu mövzudakı fikirində dəyişiklik olmayıb. ABŞ-ın istəyi yalnız İraqın güclü olmasıdır”.

Hüseyn İbadlı







1 İyul, 2014  10:47 Baxılıb: 916 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner