Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gəncəli gənclər “İnkişaf akademiyası”nda

Gəncə İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının dəstəyi, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 2 günlük yay düşərgəsi reallaşıb. Hacıkənd qəsəbəsində “İnkişaf akademiyası” adlı layihə reallaşıb. Layihədə əsas məqsəd partiyanın üzvü olan fəal gənclərin birlik və həmrəyliyinin möhkəmləndirilməsini, əlaqələrinin genişləndirilməsini, siyasi dünyagörüşünün formalaşmasını və gənclərin asudə vaxtının səmərəli keçirilməsini təmin etmək olub.

Simsar.az xəbər verir ki, tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, partiya təşkilatının məsul işçiləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsini açan YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, Azərbaycanın ilk “Gənclər Paytaxtı” olan və “Avropa Gənclər Paytaxtı- 2016” müsabiqəsinin qalibi adını qazanan Gəncə şəhərinin təşəbbüskar və mübariz gəncləri bu gün nəinki şəhərimizdə, eləcə də respublikada, Avropa şəhərlərində xüsusi fəallıqları, yüksək intellekt və təfəkkürləri ilə fərqlənirlər.

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev layihənin mahiyyəti və qaydaları barədə, son illər gənclərin iştirakı ilə Gəncədə keçirilən beynəlxalq tədbirlər, dəyərli layihələr haqqında geniş məlumat verib.

Tələbə- gənclərin iştirakı ilə  keçirilən layihə çərçivəsində “Yaradıcı potensialın və kreativliyin kəşfi metodları”, “Sosial marketinq”, “Kiber Təhlükəsizlik və Azərbaycanın rolu” adlı təlimlər, diskoteka, müxtəlif simulyar oyunlar təşkil olunub. Açıq havada keçirilən təlimlər, oyunlar iştirakçıların böyük marağına səbəb olub. Layihədə fərqlənənlərə sertifikatlar verilib

Qeyd edək ki, layihədə iştirak etmək üçün 142 nəfər müraciət etmiş və onların sırasından 30 nəfər seçilib. “İnkişaf akademiyası” layihəsi yay tətili boyunca mütəmadi olaraq keçiriləcək və yeni gənclər bu təlimlərdən faydalanacaq.

 

Simsar.az

 

 

 






1 İyul, 2014  10:41 Baxılıb: 712 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner