Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Riyaziyyatdan 1656, ana dilindən 1599 nəfər “iki” alıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da təkrar və eksternat qaydasında IX və XI sinifləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Komissiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə,  imtahanlar Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində keçirilib.

Həmin imtahanların nəticələri iyunun 30-da saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş şagirdlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Şagirdlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanının (təkrar və eksternat qaydasında) nəticələrinə dair statistik məlumatda qeyd olunur ki, ana dilindən 692 nəfər “iki”, 54 nəfər “beş”, riyaziyyatdan 758 nəfər “iki”, 62 nəfər “beş” qiyməti alıb. Ümumilikdə bu sinif üzrə 1569 nəfər imtahan verib.

Tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanının (təkrar və eksternat qaydasında) nəticələrinə dair statistik məlumata gəlincə, ana dilindən 1599 nəfər “iki”, 13 nəfər “beş”, riyaziyyatdan 1656 nəfər “iki”, 31 nəfər “beş” qiyməti alıb.

Bu sinif üzrə imtahan verənlərin sayı  2689 nəfər olub.

 

Aysel Kərimova

 






1 İyul, 2014  10:26 Baxılıb: 578 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner