Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Dərsliklərdə hələ də problemlər var” – MONİTORİNQ

Təhsil Nazirliyinin TQDK-ya rəsmi müraciətinə əsasən, 2 və 3-cü siniflər üzrə dərslik komplektlərinin elmi-metodiki monitorinqi haqqında məlumat açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2 və 3-cü siniflər üzrə dərslik komplektlərinin maketlərinin elmi-metodiki monitorinqi haqqında məlumat açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Simsar.az-a  -ya verilən xəbərə görə Təhsil Nazirliyinin TQDK-ya rəsmi müraciətinə əsasən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 2 və 3-cü siniflər üzrə dərslik komplektlərinin (Azərbaycan və rus bölmələri birlikdə 2-ci sinif üzrə 19 adda dərslik və 21 adda müəllim üçün metodik vəsait, 3-cü sinif üzrə 19 adda dərslik və 21 adda müəllim üçün metodik vəsait) təkrar çapı ilə əlaqədar olaraq, onların nəşrəqədərki maketlərinin elmi-metodiki monitorinqi aparılıb.

 

Bildirilib ki, ötən tədris ilində bu siniflər üzrə dərslik komplektlərinin TQDK tərəfindən elmi-metodiki monitorinqi aparılıb, hər bir dərslik komplektinin məzmununa, dil və yazı üslubuna, bədii tərtibat və dizaynına, verilən tapşırıqların elmi-metodiki uyğunluğuna və müəllim üçün metodik vəsaitin məzmununa görə yekun rəylər hazırlanıb. Dərslik komplektlərinin maketlərinin builki monitorinqi göstərib ki, bütün fənlər üzrə ötən il yekun rəylərdə qeyd edilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınıb. Lakin müəyyən uyğunsuzluqlar hələ də qalmaqdadır. Bununla bağlı formalaşdırılmış yekun rəylər 19-25 may tarixlərdə Təhsil Nazirliyinə göndərilib və “Dərslik portalı”nda yerləşdirilib.

 

Aysel Kərimova

 






1 İyul, 2014  10:09 Baxılıb: 617 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner