Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda İSO 55001 standartı üzrə təlim keçiriləcək

7-10 iyul tarixlərində Bakıda Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə İSO 55001-2014 standartı  üzrə təlim keçiriləcək. Aktivlərin idarəedilməsi sistemi tələblərini müəyyən edən təlim 4 gün davam edəcək.

İSO 55001 “Aktivlərin idarəedilməsi sistemi” standartının əsasını təşkil edən PAS 55 standartı ilk dəfə 2004-cü ildə Aktivlərin idarəedilməsi üzrə Britaniya İnstitutu və Britaniya Standartlar İnstututnun birgə əməkdaşlığı nəticəsində meydana gəlib. Sonradan bu standart əsasında İSO 55000 seriyalı standartlar Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən qəbul edilib.

Təlimlər üç hissədən ibarət olmaqla, aktivlərin idarəedilməsinin əsaslarını, İSO 55001 tələblərini, İSO 55001 üzrə auditin əsas aspektlərini özündə cəmləşdirir. Məqsəd iri şirkətlərin infrastrukturunun, aktivlərinin effektiv idarəedilməsinin yüksəldilməsi istiqamətləri barədə məlumatları iştirakçılara çatdırmaqdır. Bu yanaşma şirkətin potensialından maksimal səviyyədə istifadəni təmin etmək istiqamətində aktivlərin idarəedilməsinin mükəmməl strategiyasını işləyib hazırlamağa imkan yaradır.

Qeyd edək ki, İSO 55001 təlimlərinin nəticələrinə əsasən, imtahan keçiriləcək. Uğurlu nəticə göstərənlər  beynəlxalq sertifikatlarla təltif olunacaq.

İştirakçılar özləri haqda məlumatı iyunun 10-na qədər Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna təqdim etməlidir

Simsar.az

 






1 İyul, 2014  09:42 Baxılıb: 638 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner