Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Dünya həyəcan içində – Qaçırılan 3 israilli gəncin meyiti tapıldı

Qəzzada 3 Yəhudi gəncin meyitinin tapıldığı bildirilib. Simsar.az xəbər verir ki, İsrail ordusunun verdiyi açıqlamada 12 iyunda itən 3 nəfərin meyiti Əl-Halil şəhəri yaxınlığında tapılıb. Nazirlik təmsilçisi Ofir Gendelman meyitlərin tapıldığını təsdiqləyib. Baş verənlərdən sonra Baş nazir Benyamin Netanyahu təcili iclas çağırıb.

Məlumat üçün bildirək ki, İsrail hökuməti 12 İyunda 3 yəhudi gəncin itdiyini açıqlayıb      və bu hadisədə Fələstin hökumətini günahlandırmışdı. İsrail parlamenti isə itənlərin tapılması üçün orduya əməliyyat keçirmək tapşırığı vermişdi. 17 gün sürən əməliyyatlar çərçivəsində keçmiş nazir, millət vəkili də daxil olmaqla 589 fələstinli həbs edilmişdi.

“HƏMAS günahkardır və cəzasını da ödəyəcək”

Benyamin Netanyahu meyitlərin tapılmasının ardından təhlükəsizlik kabinetini təcili toplantıya çağırıb və toplantıda bu hadisəni törədənlərin mütləq cəzalandırılacağını deyib: “Onlar qaçırıldılar və soyuqqanlı heyvanlar tərəfindən vəhşicəsinə öldürüldülər. Bundan HƏMAS günahkardır və mütləq cızasını ödəyəcək”

Prezident Şimon Peres isə hadisəylə bağlı İsrail xalqının yasa batdığın bildirib və o da HƏMAS-ı günahlandırıb.

Obama başsağlığı verdi

ABŞ prezidenti Barak Obama da 3 yəhudinin ölümü ilə bağlı ölənlərin ailələrinə başsağlığı verib. Obama yazılı açıqlamasında terroru pislədiklərini dilə gətirib: “Bu faciəylə, terrorla mübarizə aparan İsrail ABŞ-ın tam dəstək və dostluğuna sahibdir”.

Vüsal Qarayev







1 İyul, 2014  08:50 Baxılıb: 724 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner