Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əvvəlki illərin məzunlarından iki nəfər yüksək nəticə göstərdi

Əvvəlki illərin məzunlarının ixtisas seçimində ümumi balı 16-dan az olmayan abituriyentlər iştirak edə bilərlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib. İmtahanın nəticələri iyun ayının 30-da saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. Komissiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə,  nəticələrə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 14925 abituriyentdən 1249 nəfəri imtahana gəlməyib. 22 abituriyent imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilərək, nəticələri ləğv olunub. Abituriyentlərdən 9288 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb. 2 abituriyent ən yüksək nəticə göstərərək 57 bal toplayıb.

İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Əlavə məlumatları “Abituriyent” jurnalının 3-cü sayından və TQDK-nın internet saytından öyrənmək olar.

 

Aysel Kərimova







1 İyul, 2014  08:40 Baxılıb: 610 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner