Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gənc pianoçuların festivalı keçirilib

Gənc pianoçuların Georgi Şaroyev adına birinci ümumməktəb festivalı keçirilib.

Festival Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin dəstəyi ilə “Uşaq və gənclər üçün musiqi festivalı” layihəsi çərçivəsində reallaşdırılıb.

G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi məktəbində təşkil edilmiş festivalın əsas məqsədi yetişməkdə olan gənc nəslin estetik səviyyəsinin yüksəlməsi və istedadlı pianoçuların üzə çıxarılması olub.

Simsar.az xəbər verir ki, festival 2 yaş qrupu üzrə keçirilb. Proqramda bir rus və bir Azərbaycan bəstəkarının əsəri ifa olunub.

Münsiflər heyətinin qərarına əsasən, birinci yaş qrupunda Cəmilə Həsənova birinci, Fəraməz Dadaşov və Səbinə Eldarlı ikinci, Dilbər Kəngərli və Mehin Babayeva isə üçüncü dərəcəli diploma layiq görülərək festivalın laureat adını qazanıblar.

İkinci yaş qrupunda isə Suada Hacızadə birinci, Gülnaz Eldarlı ikinci, Nərgiz Kazımova üçüncü dərəcəli diplomu və festivalın laureatı adını qazanıblar

Hər iki yaş qrupunda bir neçə şagird diplomant adına layiq görülüb.

Qaliblərə “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi tərəfindən hədiyyələr verilib.

Sonda laureatların iştirakı ilə qala–konsert təqdim olunub.

 

Günel







1 İyul, 2014  08:16 Baxılıb: 777 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner