Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Liviya bombalandı

Martın 19-da Bakı vaxtı ilə saat 20:45-də Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Liviya ordusuna ilk atəşi aşıb

Simsar.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Fransa təyyarələri ilk olaraq Liviya hərbi maşınını vurub. 

Fransa hərbi mənbələri bildirib ki, biri müşahidə, dördü hücum təyyarəsi olmaqla, 5 təyyarə Fransanın şərqindəki Saint-Dizier bazasından havaya qalxıb. Mənbə bildirib ki, bu “kəşfiyyat tapşırığı” axşam saatlarında davam edəcək və hələlik heç bir maneə ilə qarşılaşmayıb.

Fransa rəsmiləri, təyyarələrin Liviya tanklarını hədəf ala biləcəklərini qeyd edirlər.

Başqa tərəfdən, İtaliya hərbi təyyarələrinin də Liviya səmalarında müşahidə tapşırığına başladığı bildirilir.

Kanada ordusunun sözçüsü bildirib ki, Kanada təyyarələri də Liviya üzərində kəşfiyyat uçuşu həyata keçirir. Mənbə bildirib ki, qısa müddətdən sonra təyyarələrə əməliyyat tapşırığı veriləcək.

İlkin məlumatlara görə, hazırda Liviya səmasında 20-dən artıq hərbi təyyarə Qəddafi qüvvələrinin mövqelərini bombalamağa başlayıb.
Fransa Hərbi Hava Qüvvələrinin təmsilçisi bildirib ki, təyyarələr Liviya ərazisindən havaya qalxan istənilən təyyarəni hədəf hesab edərək, vuracaq.

Əl-Cəzirə telekanalının yaydığı məlumata görə, Fransa təyyarələri son saatlarda Benqazidə 4 Liviya tankını vurub...






20 Mart, 2011  04:11 Baxılıb: 1309 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner