Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı Biznes Universiteti məzunları üçün iş yeri fürsəti

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərini davam etdirir. Növbəti tədbir bu gün Bakı Biznes Universitetində reallaşıb.

Tədbirdə tələbə və məzunlar üçün 35-i qeyri-dövlət sektoruna aid 40 müəssisə tərəfindən 330 boş (vakant) iş yeri təqdim olunub. Bunlardan 298-i özəl sektora aid müəssisələrdədir.

İşəgötürənlər gələcəkdə ixtisaslı kadrların seçiminin aparılması üçün tələbə və məzunlardan CV-lər qəbul ediblər. Tədbir zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən şəxslər Səyyar Əmək Birjası tərəfindən qeydiyyata alınıblar.

Qeyd edək ki, bu ilin aprel-may aylarında nazirlik tərəfindən ölkənin 7 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib. Bu tədbirlərdə 619 nəfərə boş iş yerlərinə göndəriş verilib. 163 nəfər peşə hazırlığı kurslarına, 162 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunmaları üçün qeydiyyata alınıb, 2560 nəfərdən CV-lər qəbul olunub.

Onu da qeyd edək ki, “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri il ərzində digər bir sıra ali təhsil müəssisələrində də keçiriləcək.

Simsar.az







30 İyun, 2014  13:39 Baxılıb: 749 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner