Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Prezident: “Cənub” qaz dəhlizi tarixi layihədir”

Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər müəyyən dərəcədə enerji əməkdaşlığına söykənir. Mənimlə Avropa Komissiyasının sədri arasında 3 il əvvəl imzalanmış memorandumda Azərbaycan “Cənub” qaz dəhlizinin əsas tərəfdarı və təşəbbüskarlarından biri kimi qeyd olunur. “Cənub” qaz dəhlizi Azərbaycanın irəli sürdüyü tarixi layihədir.

Simsar.az-ın məlumatına görə, bu sözləri ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan həmin layihə ilə bağlı maliyyə yükünün əsas hissəsini öz üzərinə götürüb: “Bu, çox böyük məsuliyyətdir və biz bu layihəni həyata keçiririk. Bu gün “Cənub” qaz dəhlizi üç əsas elementdən ibarətdir: dünyada ən böyük qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağından qazın hasilatı, həmin qazın nəqli və şaxələndirmədir. Qazın nəqli üç boru kəməri ilə həyata keçiriləcəkdir. Tikinti işləri başa çatdıqda bizim Bakıdan Avropaya, xüsusən də İtaliyaya gedən böyük boru kəmərimiz olacaqdır. Söhbət Trans-Anadolu, Cənubi Qafqaz və Trans-Adriatik boru kəmərlərindən gedir. Bu, Avropa üçün hazırda həyata keçirilən ən böyük infrastruktur layihəsidir”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan belə bir tarixi layihənin həyata keçirilməsində lider rolunu oynayır. Bu layihə bölgənin və Avropanın enerji xəritəsini dəyişəcək, hasilatçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarına xidmət edəcək.

Vüsal Qarayev







30 İyun, 2014  13:10 Baxılıb: 821 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner