Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

BMT Baş Məclisində Novruz bayramı qeyd olunacaq

BMT-nin Baş Məclisinin qərarı ilə dünyada martın 21-i “Beynəlxalq Novrüz Günü” elan olunub

Simsar.az-ın AzərTAc-a istinadən məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun qeyri–maddi mədəni irs siyahısına daxil edilən və bəşəriyyətin ortaq mirası olan Novruz bayramı bu il ABŞ-da da geniş qeyd olunacaq. 

TÜRKSOY mədəniyyətlərarası dialoq prosesini dəstəkləmək məqsədi ilə 2011-ci ildə Novruz bayramının BMT Baş Məclisində qeyd olunması üçün səylər göstərib. Martın 24-də TÜRKSOY-un təşkilatçılığı ilə Nyu-Yorkda, BMT-nin Baş Məclisində Novruz bayramı şənliyi təşkil ediləcək. Bunun üçün artıq BMT Baş Məclisinin bir salonu da ayrılıb. ABŞ Azərbaycanlıları Şəbəkəsi və ABŞ Türkləri Şəbəkəsinin dəstəyi ilə keçiriləcək tədbirdə TÜRKSOY-a üzv ölkələrin BMT-dəki daimi nümayəndəliklərinin təmsilçiləri iştirak edəcəklər.

Vaşinqton və Bostonda da Novruz bayramı ilə bağlı tədbirlər keçiriləcək. Vaşinqtondakı Corctaun və Bostondakı Harvard universitetlərində Novruz mövzusunda konfranslar təşkil olunacaq.

Türkdilli ölkələrin mədəniyyətinin araşdırılması, tanıdılması və gələcək nəsillərə çatdırılması məqsədi ilə təsis olunmuş TÜRKSOY təşkilatı 1995-ci ildən etibarən Novruz bayramını müxtəlif tədbirlər təşkil edərək hər il qeyd edir.






20 Mart, 2011  01:25 Baxılıb: 2896 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner