Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sualtı mədəni irsin qorunması üzrə konfrans keçirilib

Belçika Krallığının Brügge şəhərində UNESCO tərəfindən sualtı mədəni irsin qorunması üzrə elmi konfrans və Birinci Dünya müharibəsinin başlanmasının 100-cü ildönümü ilə bağlı xatirə tədbiri keçirilib.

Simsar.az  xəbər verir ki, Belçika hökumətinin dəstəyi və bu ölkənin UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə sualtı mədəni irsin qorunmasında UNESCO-nun rolu və bu istiqamətdə aparılan fəaliyyət, sülh mədəniyyəti və qeyri-zorakılığın təşviqi kimi məsələlər müzakirə edilib.

Tədbirlərdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva “Azərbaycanın sualtı mədəni irsi” mövzusunda məruzə ilə çıxış edib.

Günay Əfəndiyeva Azərbaycanın zəngin sualtı mədəni irsindən bəhs etmiş, aparılmış hidro-arxeoloji axtarışlar zamanı dənizin dərinliklərində 900-dən çox arxeoloji abidənin aşkar olunduğunu qeyd edib. Milli Komissiyasının birinci katibi bildirib ki, XIII əsrdə Azərbaycan ərazisində inşa olunub Bayıl qalasına məxsus yazı lövhələrinin bir qismi su altından çıxarılaraq UNESCO-nun Dünya İrs Siyahısında olan İçərişəhər Qoruğunda sərgilənir. Bununla belə, bəzi çətinliklər üzündən yazı lövhələrinin böyük bir qismi hələ də Xəzərin suları altındadır.

Günay Əfəndiyeva Birinci Dünya müharibəsində neft uğrunda aparılan mübarizədə Xəzər dənizi və Azərbaycan ərazisinin strateji əhəmiyyətini qeyd edib, belə tədbirlərdə təcrübə mübadiləsinin genişləndirilməsinin sualtı mədəni irsin öyrənilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirlərdə Azərbaycan ilə yanaşı, 50-ə yaxın ölkənin, o cümlədən Fransa, İngiltərə, İtaliya, ABŞ, Kanada, Meksika, İndoneziya, Avstraliya, Yunanıstan, İspaniyanın UNESCO üzrə Milli komissiyalarının baş katib və nümayəndələri, müxtəlif qurumların mütəxəssisləri iştirak ediblər.

Günel







30 İyun, 2014  12:55 Baxılıb: 729 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner