Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Kişi və qadın” a ictimai baxış olub

Qazax Dövlət Dram Teatrında  Əli Əmirlinin “Kişi və qadın”  komediyasına ictimai baxış olub. Simsar.az xəbər verir ki, rayon ziyalılarının iştirakı ilə baş tutan sınaq tamaşası böyük hərarətlə qarşılanıb. Tamaşanın müzakirəsində dramaturji material, peşəkar rejissor işi və istedadlı aktyor oyunu yüksək qiymətləndirilib.

Bütün zamanlar üçün aktual olan kişi və qadın münasibətləri, məhəbbət, sədaqət, etibar, habelə xəyanətdən bəhs edən  və   ayrı-ayrı teatrlarda dəfələrlə tamaşaya qoyulmuş bu əsərə Qazax teatrında Xalq Artisti Zülfüqar Abbasov çox maraqlı və orijinal quruluş verib. Tamaşanın  rəssamı Səyyad Məmmədovdur. Rolları teatrın direktoru Saqif  İskəndərov, Zəmanə Orucova, Xanım Məmmədova, Hacı Hacıyev və Nazilə Məmmədova məharətlə ifa ediblər.

Məlumat üçün bildirək ki, tanınmış dramaturqun bu əsəri  ilk dəfə  dünyasını vaxtsız dəyişmiş görkəmli rejissorumuz Hüseynağa Atakişiyev tərəfindən Dövlət Gənclər Teatrında tamaşaya qoyulub. Sonralar Gəncə,  Qusar,  Mingəçevir  teatrları da bu əsərə müraciət ediblər.

Günel







30 İyun, 2014  12:46 Baxılıb: 858 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner