Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İŞİD-in növbəti hədəfi Kəbəni yıxmaqdır

“Allahdan başqasına ibadət edildiyi üçün Kəbəni yıxacağıq”.

İraq və Şam İslam Dövləti(İŞİD) terror təşkilatı daha bir bəyannamə yayıb. Simsar.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, təşkilat bu dəfə Kəbəni yerlə-yeksan edəcəklərini açıqlayıb. Belə ki, onlar əl-Anbar şəhərinin çöllərindən keçərək Səudiyyə Ərəbistanının Ərur şəhərini nəzarətə almağı planlaşdırır.

Qrup üzvlərindən biri “ Allahın iznilə Şeyximiz Əl Bağdadinin rəhbərliyi altında Məkkədə daşlara ibadət edənləri( hacıları) öldürəcək və Allahın yerinə ibadət edilən Kəbəni yıxacağıq”, deyə hədələr yağdırıb.

Əbu Turab əl-Müqəddəsi adlı qrup üzvü şəxsi “Twitter”hesabında bir məkanın Allah xatirinə ibadət yeri seçilməyəcəyini bildirərək, “İnsanlar daşlara toxunmaq üçün Məkkəyə gedirlər. Allah üçün deyil. Allaha and olsun Səudiyyə Ərəbistanını fəh etsək, Allahdan başqasına ibadət edildiği üçün Kəbəni yerlə yeksan edəcəyik”, fikirlərini paylaşıb.

Ülviyyə Cövdətqızı






30 İyun, 2014  10:50 Baxılıb: 649 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner