Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev: "Korrupsiyaya qarşı mübarizə..."

"Azərbaycan dinamik və dayanıqlı iqtisadi inkişafa nail olan ölkədir. Həyata keçirilən siyasi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda demokratik və ədalətli dövlət qurulmuş, şəffaf ictimai münasibətlər sistemi formalaşmışdır". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib. Müraciəti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub.

Prezident İlham Əliyev qeyd edib ki, dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət institutlarının tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi iradə mövcuddur: "Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərə qoşulması ilə qanunvericilik bazası tam müasirləşdirilmiş və institusional islahatlar həyata keçirilmişdir".

İlham Əliyev vurğulayıb ki, təəssüflər olsun ki, korrupsiya bütün dünyada, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır: "Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Avropa Şurasına üzv ölkələrlə Azərbaycan arasında əlaqələr daim inkişaf edir, müxtəlif sahələrdə genişlənir. Mayın 14-dən Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Ölkəmiz sədr olduğu dövrdə korrupsiyaya qarşı mübarizəni prioritet elan etmiş və üzv ölkələrin qarşılaşdıqları problemlərlə ciddi şəkildə məşğul olmaq niyyətindədir. Əminəm ki, korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq səylərin gücləndirilməsinə xidmət edən bu konfrans fəaliyyətimizin daim əlaqəli təşkilinə və əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəkdir. Sizi bir daha təbrik edir və konfransın işinə uğurlar arzulayıram!"






30 İyun, 2014  09:54 Baxılıb: 704 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner