Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ramiz Mehdiyev: "Azərbaycanda çox güclü sistem yaranıb"

Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend xəbər verir ki, tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz Mehdiyev konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda gözəl təcrübə qazanılıb. Onun sözlərinə görə, Prezidentin sərəncamları ilə ölkədə mühüm qurumlar yaradılıb. R.Mehdiyev buna misal olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, eləcə də "ASAN xidmət"in adlarını çəkib.

Onun sözlərinə görə, "ASAN xidmət" çox unikal qurumdur: "Gələn qonaqlar böyük məmnuniyyətlə qurumu müşahidə edib və öz gözəl fikirlərini səsləndiriblər ki, Azərbaycanda həqiqətən çox güclü sistem yaranıb. Azərbaycan vətəndaşları bu qurumdan istifadə etmələri ilə bağlı öz razılıqlarını bildiriblər".






30 İyun, 2014  09:51 Baxılıb: 721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner