Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Aeroportda iki təyyarə toqquşdu (FOTO)

İrlandiyanın “Ryanair” aviaşirkətinin iki sərnişin təyyarəsi Londonun Stansted aeroportunda toqquşub.

Simsar.az-ın məlumatına görə, hadisə nəticəsində laynerlər və onların ekipaj üzvlərindən, həmçinin sərnişinlərdən zərər çəkən olmayıb.

“Ryanair” aviaşirkətinin nümayəndəsi Robin Killi bildirib ki, hadisə uçuş zolağında baş verib, bir təyyarə dayanacağa yaxınlaşan zaman başqası arxaya gedişlə yola çıxan zaman onunla toqquşub. Nəticədə, bir təyyarə başqa avialaynerin quyruq hissəsinə qanadla toxunub.

Aviaşirkətin nümayəndəsi həmçinin bildirib ki, üç saatlıq gözləmədən sonra qəzaya düşmüş hava gəmilərinin sərnişinləri başqa təyyarələrlə yolunu davam etdirib.

Aeroportun mətbuat katibi Kris Uiqqanın sözlərinə görə, təyyarələrin hər ikisi zədələnib, amma qəza aeroportun işinə təsir etməyib.

Laynerlərin pilotları həkim müayinəsindən keçirilib. Onların qanında alkoqol izləri aşkar edilməyib. İstintaq komitəsi hadisənin araşdırılması ilə məşğul olur.






28 İyun, 2014  23:03 Baxılıb: 750 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner