Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Ermənistana raket atıldı

Tovuz rayonunun Ermənistanla sərhəd Əlibəyli kəndinin düşmən qüvvələri tərəfindən şiddətli atəşə tutulmasına cavab olaraq Azərbaycan ordusu ötən gecə ermənilərin mövqelərinə güclü zərbələr endirib.

Sİmsar.az-ın virtualaz.org-a istinadən məlumatına görə, erməni tərəfinin yaydığı informasiyalar da Azərbaycan ordusunun cavab atəşlərinin kifayət qədər intensiv və güclü olduğunu təsdiqləyir.

Ermənistanın Azərbaycanla həmsərhəd Ayqepar kəndinin rəhbəri Andranik Aydınyan “A1+” telekanalına açıqlamasında bildirib ki, iyunun 27-də axşam saat 22:30-da Azərbaycan ordusunun mövqelərindən kəndə tərəf yaşıl rəngdə raket buraxılıb.

“Yaşıl rəngdə raket buraxdılar ki, kənd işıqlansın. Ardınca iriçaplı silahlardan saat 01:30-a qədər aramsız atəş açdılar”, - deyə Aydınyan bildirib.

A.Aydınyan deyib ki, atəş nəticəsində kəndin qaz kəməri zədələnib, evlərə xəsarət dəyib. Evlərdən birinin həyətində yanğın başlayıb və onu çətinliklə söndürmək mümkün olub.

Ermənistanın Azərbaycanla sərhəd Movses kəndi də Azərbaycan ordusunun cavab atəşlərinin gücünü hiss edib. Kəndin rəhbəri Arara Avalyan gecə kəndin intensiv atəşə tutulduğunu, evlərin şüşələrinin və qapılarının zədələndiyini, bir evdə yanğın olduğunu deyib.






28 İyun, 2014  17:49 Baxılıb: 767 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner