Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Çeçen komandirin qızı Türkiyədə həbs olunub

Çeçen komandirin qızı Türkiyədə həbs olunub

Simsar.az xəbər verir ki, Sultan Kehursayevin 24 yaşlı qızı Laura Kehursayeva və onun əri Muhəmməd Burçayevlə birlikdə Bursada ələ keçib. Onları küçə satıcısı roluna girən polis əməkdaşları saxlayıb.

Qeyd edək ki, Laura Kehursayeva yaxalanmamaq üçün çarşaba bürünübmüş. Yol ilə gedən Laura Kehursayeva və onun əri Muhəmməd Burçayevlə qarşılaşan “satıcı”lar ilk öncə onlara qarğıdalı təklif ediblər. Daha sonra polislər onların kimliyini dəqiqləşdirərək mühasirəyə alıblar.

Pusquya düşdüklərini anlayan Laura Kehursayeva və onun əri Muhəmməd Burçayev polislərə müqavimət göstərib. Polislə uzun müddət atışmadan sonra zərərsizləşdirilən cütlük həbs olunublar. Onların evinə baxış keçirilən zaman evdən saxta pasport aşkarlanıb.

Laura Kehursayeva polisə verdiyi ifadədə bildirib ki, bacısı ilə sevgi münasibətində olan Vetan Mavludovla danışmaq istəyib: “Ona zəng vurdum. Lakin məni söydü. Onunla görüşüb, məsələyə aydınlıq gətirmək üçün ərim və adamları ilə birlikdə Bursaya gəldim. Görüş zamanı təkrar söyüş söydü və dava düşdü, lakin mən heç kimi öldürmədim”.

Laura Kehursayeva və əri məhkəməyə göndərilib.







28 İyun, 2014  16:54 Baxılıb: 677 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner