Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SİYASƏT

Azərbaycan Rusiyadan razıdır

Yaqub Eyyubov: "Biz Rusiyanın rolunu qiymətləndiririk və nizamlanmada irəliləyiş hiss edirik" 

Azərbaycan Dağlıq Qarabağ ətrafında gedən sülh prosesində Rusiyanın rolunu qiymətləndirir. Bu barədə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov cümə günü Moskvada iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın iclasında bildirib.
Baş nazirinin birinci müavini Yaqub Eyyubov vasitəçiliyə görə RF-yə minnətdarlığını bildirib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.
"Biz Rusiyanın rolunu qiymətləndiririk və nizamlanmada irəliləyiş hiss edirik", - o, deyib.
Rusiya Prezidenti Dmitri Medvedev martın 5-də Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti üçtərəfli görüşünün təşəbbüskarı olub. Bu görüşdən sonra Dağlıq Qarabağ münaqişəsi tərəfləri sülh prosesində irəliləyişlərin olduğunu qeyd ediblər.
Soçi görüşü Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin səkkizinci üçtərəfli görüşü olub.
Belə formatda bundan əvvəlki görüş ötən il oktyabrın 27-də Həştərxanda keçirilib. Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarqsyanın görüşünün yekunları üzrə Həştərxanda Dağlıq Qarabağ münaqişəsi tərəfləri - Azərbaycan və Ermənistan tərəfindən bəyannamə imzalanıb. Bəyannamə hərbi əsirlərin qaytarılmasını nəzərdə tutur və humanitar xarakter daşıyır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Aylin






19 Mart, 2011  16:04 Baxılıb: 684 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2019  11:51





19 Aprel, 2019  10:24

19 Aprel, 2019  10:05



18 Aprel, 2019  17:32








18 Aprel, 2019  13:47





18 Aprel, 2019  11:51

18 Aprel, 2019  11:45








18 Aprel, 2019  09:28



18 Aprel, 2019  09:09

17 Aprel, 2019  17:44


17 Aprel, 2019  17:14










sagbanner