Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

10 milyardlıq layihəyə yenidən başlanılır – Adron Kollayderi

Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) alimləri fəaliyyəti ötən ilin əvvəlində profilaktik işlərə görə ikiillik müddətə dayandırılan Böyük Adron Kollayderinin (BAK) i.’ salırlar. Simsar.az-ın məlumatına görə, ötən həftə sürətləndiricinin sonuncu maqnit birləşməsi bağlanıb və sistem mənfi 271 dərəcəyə qədər soyudulmağa başlayıb. Hazırda sürətləndiricinin 27 kilometrliyi yaxınlığında quraşdırılan maqnit sisteminin uzunluğunun 1/8 hissəsinə uyğun hissəsi soyudulub.

Məhz bu maqnitlərin köməyi ilə kollayderin daxilində bir-birinə tərəf dövr edən protonlar  təxminən işıq sürətinədək sürətlənir.

İnşasına 10 milyard dollar xərclənən mikrodünyanın tədqiqi üçün dünyanın ən iri aləti hesab edilən BAK-ın2015-ci ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir.

Aparılan profilaktik işlərin vəzifəsindən biri BAK maqnitləri arasında yerləşən yüksək buraxılış qabiliyyətinə malik kabel birləşmələrinin effektivliyini 10 min dəfədən çox artırmaqdan ibarət olub. Bu, toqquşma enerjisini 2012-ci illə müqayisədə təxminən iki dəfə artırmağa imkan verərək onun layihədə nəzərdə tutulan enerjisini 14 teraelektronvolta (TeV) çatdıracaq.

Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi – yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide ingilis dilində toqquşma deməkdir) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur.

Qurğu Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində (Cenevrə şəhəri) inşa olunub.

Vüsal Qarayev







24 İyun, 2014  10:09 Baxılıb: 1066 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner