Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Adında “parlament” sözü olan qəzetlər “at oynadır”

Mətbuat Şurası Ədliyyə Nazirliyi qarşısında məsələ qaldıracaq 

Bu gün Azərbaycan Mətbuat Şurası «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. 

Komissiya «Ədalət carçısı» qəzetindən şikayət doğuran materialları araşdırarkən belə qənaətə gəlib ki, bu mətbu nəşrin fəaliyyətində «reket jurnalistika»ya xas cəhətlər üstünlük təşkil edir. Onun adının «qara siyahı»sına salınması üçün Şuranın İdarə Heyətinə müvafiq rəy təqdim olunması qərara alınıb.

Komissiya yekdilliklə rəyə gəlib ki, «Cəmiyyət» qəzetində etik prinsiplərə sayğısızlıq və digər məqamlar əsas götürülərək bu KİV-ə Şuranın ciddi xəbərdarlığı edilməli, nəşrin üç aylıq saylarının monitorinqi aparılmalıdır. Bununla da qəzetin adının Şuranın «qara siyahı»sına salınmasına nə dərəcədə əsasların olduğu müəyyənləşdirilməlidir.

Digər rəydə isə toplanmış materialların «Azərbaycan gündəmi» qəzetinə Şuranın xəbərdarlığının edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu fikri yer alıb.

İclasda Tovuz Rayon Təhsil Şöbəsinin «Təhqiqatın gücü» qəzeti ilə əlaqədar müraciətinə baxılarkən məsələnin motivində inzibati orqanların araşdırmalı olduğu məqamların üstünlüyü nəzərə alınıb.

Komissiya toplanmış materialların inzibati orqanlara göndərilməsi razılığına gəlib. İclasda həmçinin «Ədalət məşəli» və «Yeni hakimiyyət» qəzetləri ilə bağlı araşdırmaların davam etdirilməsi də məqbul sayılıb.

Komissiya üzvləri adında «Parlament» sözü olan bir sıra qəzetlərdən son vaxtlar MŞ-yə mütəmadi müraciətlərin ünvanlanmasına da münasibət bildiriblər. Qeyd olunub ki, dövlət orqanlarının adlarından belə sui-istifadə hallarının qarşısının alınması məqsədilə Ədliyyə Nazirliyi qarşısında məsələ qaldırılmalıdır. Digər təklifdə isə daha çox mətbu nəşri MŞ-nin «qara siyahı»sında olan KİV rəhbərləri barədə də ciddi ölçü götürülməsi imkanlarının müəyyənləşdirilməsi qərara alınıb.

RAMİL






18 Mart, 2011  21:51 Baxılıb: 1387 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner