Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İnternet ekoloji vəziyyəti yaxşılaşdıracaq – YENİLİK

Cari ilin mayında “Cisco” şirkəti və Kopenhagen şəhər administrasiyası və Albertslunn və Frederissunn inzibati ərazi vahidləri internet proqramının tətbiqi üzrə tərəfdaşlıq sazişi imzalayıblar. Bu saziş rəqəmli texnologiyaların köməyi ilə bütün şəhər təsərrüfatını, o cümlədən işıqlandırma, duracaq, enerji sistemləri və mülki təyinatlı obyektləri vahid şəkildə birləşdirmək məqsədi daşıyır.

Sazişlə Kopenhagen Barselona, Amsterdam, Hamburq, Çikaqo, Dallas, San-Fransisko, Sonqdo, Nitsa və Kanzas-Sitidən sonra rəqəmli inqilab dövrünə daxil olur. Bu şəhərlər internetə qoşulmuş müasir şəbəkə infrastrukturu ilə təsərrüfatlarını yeniləyib. Ümumşəhər şəbəkə platformasına müxtəlif əlavələri qoşmaq imkanı sosial, ekoloji və iqtisadi vəziyyəti köklü şəkildə dəyişən müasir bələdiyyə xidmətlərinin işinin təmini üçün yeni perspektivlər açır.

Albertslunnda “ağıllı” işıqlandırma sisteminin iş qabiliyyətini nümayiş etdirmək məqsədi daşıyan Danimarka kənar işıqlandırma tədqiqat laboratoriyası (Danish Outdoor Light Lab, DOLL) yaradılır. Bir açıq şəbəkədə kənar işıqlandırma üçün birləşdirilən 40 həll ictimai təhlükəsizlik səviyyəsini artırmaqla maliyyə xərclərinin və elektrik enerjisindən istifadə həcminin azaldılmasına böyük imkanlar yaradacaq.

Yaşıl əkin sahələri ilə əhatə olunan Vinc şəhərində (Kopenhagenin 40 kilometrliyində yerləşir) Avropanın ən ekoloji və innovativ baş inkişaf planlarından biri hazırlanıb. Planın əsasını karbon qazının atmosferə bütövlükdə buraxılmaması təşkil edir. Bu məqsədə nail olmaq üçün əlavələrə əsaslanan infrastrukturun formalaşdırılması üzrə bir sıra planlar qəbul edilib. Əlavələr insanları, məlumatları, proses və fiziki obyektləri bir yerdə cəmləşdirəcək.

Kopenhagendə isə “ağıllı” işıqlandırma, duracaq, su təchizatı idarəetmə sistemləri, “ağıllı” elektrik şəbəkəsi və sairin bir sistemdə birləşdirilməsi nəzərdə tutulur.

Danimarka paytaxtının və şəhərətrafı ərazilərin hakimiyyətləri 2025-ci ilədək karbon qazının atmosferə buraxılmasını tam dayandırmaq niyyətində olduqlarını bəyan ediblər. Ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasında və “yaşıl” iqtisadiyyatın qurulmasında həlledici rolu yeni texnologiyaların oynayacağı bildirilir.

Vüsal Qarayev







23 İyun, 2014  16:21 Baxılıb: 1012 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner