Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

XİN Yaponiya barədə məlumat yaydı

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarına Yaponiyadakı mövcud vəziyyətlə bağlı xəbərdarlıq edib

Simsar.az-ın Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, xəbərdarlıqda qeyd olunur ki, martın 11-də Yaponiyanın şimal-şərqində, Sakit okeanda (sahildən 130 km şərqdə) 2,5 dəqiqə davam edən 8,8 bal gücündə zəlzələ baş verib, zəlzələdən sonra 100 “aftershock” qeydə alınıb.

Zəlzələ nəticəsində Yaponiyanın şərq bölgələrində yerləşən 9 prefekturaya, əsasən İvate, Miyaqi, Fukuşima, İbaraki, Toçiki, Qunma, Saitama və Tokyo prefekturalarına daha çox ziyan dəyib. Zəlzələ nəticəsində yaranmış sunami Yaponiyanın şimal-şərq və şərq sahillərində yerləşən Fukuşima, Miyaqi və İvate prefekturalarına dağıdıcı təsir göstərib, yaşayış məntəqələri su altında qalıb. Zəlzələ nəticəsində Fukuşima prefekturasında fəaliyyət göstərən 2 nüvə elektrik stansiyası – “Fukuşima-1” və “Fukuşima-2” atom elektrik stansiyalarında nasazlıq əmələ gəlib, stansiyaların yaxınlığında radiasiyanın həcmi mümkün normanı 1000 dəfə üstələyib və Yaponiya rəsmilərinə əsasən, radiasiyanın səviyyəsinin artması müşahidə olunmaqdadır.


Yaponiya rəsmi nümayəndələrinin məlumatında “Fukuşima Dai-Çi” AES-lərinin 20 km radiusundakı ərazidə yaşayan əhalinin evakuasiya olunması, 20-ci km-lə 30-cu km radiusundakı ərazidə yaşayan əhalinin evlərindən çıxmamaları tövsiyə olunur: “Bunları nəzərə alaraq Yaponiyaya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Yaponiyada daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə baş verən zəlzələ və radiasiya təhlükəsi ilə əlaqədar Yaponiya rəsmi nümayəndələri tərəfindən elan olunan təlimatları mütəmadi izləmələri və mövcud qaydalara əməl etmələri, eləcədə yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Tokio şəhərində yerləşən Səfirliyinə müraciət etmələri tövsiyə olunur. Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur”.






18 Mart, 2011  20:48 Baxılıb: 1223 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner