Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mərkəzi yollar bağlanacaq

Yol Polisi sürücülərə müraciət etdi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Novruz Bayramı ilə əlaqədar sürücülərə müraciət ünvanlayıb. İdarənin hərəkət təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun Lent.az-a verdiyi məlumata görə, martın 19-20-də paytaxtın bəzi mərkəzi yollarında məhdudiyyətlər olacaq.


Avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırılır ki, 19-20 mart günləri tədbirlərin keçirildiyi ərazilərə bütün avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Niyazi, İstiqlaliyyət küçələri, Qoşa Qala qapısı, Əziz Əliyev küçəsi, Dənizkənarı Bulvar boyunca Neftçilər prospekti, Azneft dairəsi və əks istiqamətlə Azadlıq meydanı, Üzeyir Hacıbəyov küçəsi, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsində avtomobillərin park edilməsinə icazə verilməyəcək, bu istiqamətlə kəsişən digər küçə və prospektlərdən bütün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək: “Bayram tədbirlərinin keçirildiyi vaxtlar qeyd olunan küçələrdə avtomobillər üçün dayanacaq yerinin təyin edilməsinin mümkünsüzlüyünü bir daha nəzərinizə çatdıraraq, şəxsi avtomobillərlə şənliyə qatılmaq istəyənlərdən bu istiqamətlərdə ictimai nəqliyyat vasitələrindən istifadə etmələrini xahiş olunur”.


Ümumiyyətlə, Neftçilər prospekti ilə şəxsi avtomobillərini idarə edən sürücülərə şənlik iştirakçılarının hərəkətinin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təşkil edilməsi, yol-nəqliyyat hadisələrinin, nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün nativ yollardan istifadə edilməsi tövsiyə olunur və xahiş edilir ki, Dənizkənarı Bulvar istiqamətinə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin.






18 Mart, 2011  19:45 Baxılıb: 1474 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner