Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Rusiya və Cin Liviya qarşısında susdu

BMT son qərarını verdi 

Bakı vaxtı ilə gecə saat 3-ə yaxın BMT-də Liviya ilə bağlı səsvermə başa çatıb. Tarixi sayıla biləcək bu qərarda Beynəlxalq ictimaiyyətin Liviyada dinc əhalinin qorunması üçün bütün tədbirlərə açıq olduğu deyilir. Qərarın detalları haqda məlumatlar daxil olan kimi saytda yerləşdiriləcək. Xəbər agentlikləri Liviya müxalifətinin BMT-nin qərarı haqda məlumatı atəşfəşangliqla qarşıladığını yazırlar.

BMT qətnaməsinin lehinə 10 ölkə səs verib. Əleyhinə səs verən ölkə olmayıb. 5 ölkə, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya və Çin səs verməyib. azadlıq.org saytının məlumatına görə, sonuncu 2 dövlət veto hüququndan da istifadə etməyib, ona görə də qərar qəbul edilmiş sayılır.

İndi Beynəlxalq Qüvvələrin Qaddafi qoşunlarının qarşısını almaq üçün hüquqi əsası var. Gözlənilir ki, əsas təsir vasitəsi kimi Liviya üzərində uçuşların qadağan olunması rejimindən istifadə olunacaq.

Qaddafi ordusu indiyə qədər müxalifət üzərindəki hərbi üstünlüyü əsasən hava hücumları sayəsində əldə edirdi. Bundan sonra hadisələrin necə inkişaf edəcəyi Beynəlxalq qüvvələrin və NATO-nun tədbir planlarından asılı olacaq. 

Birləşmiş Ştatlar deyir ki, BMT-nin Təhlükəsizlik Şurası təkcə Liviya üzərindən uçuşların qadağan olunmasını müzakirə etməməlidir. Başqa addımları da nəzərdən keçirməlidir. 

ABŞ-ın BMT-dəki səfiri Süzan Raysın (Susan Rice) bu bəyanatı səsləndirməsiylə eyni vaxtda Şura uçuşları qadağan edən qətnaməni səsə qoymağa hazırlaşır. 

Vaşinqtonun mövqeyində əhəmiyyətli dəyişiklik müşahidə olunur. İndiyədək Fransa, Böyük Britaniya, Ərəb Liqası dövlətlərinin bu çağırışlarına ABŞ bir qədər ehtiyatla yanaşırdı. 

Şura yığışandan sonra S.Rays jurnalistlərə deyib:

«Biz çox ciddi müzakirə aparırıq və Şurada əsas səylər atılacaq addımların daha çoxistiqamətli olması ətrafındadır. 

Biz həmin addımların vətəndaşları effektli müdafiə edəcəyinə əmin olmaq istəyirik. Bu müzakirələrə uçuşların qadağan edilməsi də daxildir. Ancaq Birləşmiş Ştatların baxışı budur ki, biz atılacaq addımları diqqətlə hazırlamalı və nəzərdən keçirməliyik, bura bəlkə də uçuşsuz zona yaradılması da daxil ola bilər». 

Rusiyanın daimi nümayəndəsi Vitali Çurkin deyib ki, onun ölkəsi barışıq qətnaməsi təklif edir. Bu da atəşkəsə gətirə - tərəfləri hərbi əməliyyatları dayandırmağa vadar edər. Amma Çurkin təəssüf edir ki, bu təklif yetərincə dəstək almayıb.


Rusiya layihəsinin önəmi barədə soruşanda, səfir S.Rays bildirib ki, o, BMT-nin layihəsindəki təkliflərə və ruhuna zidd deyil. Bu təklif yekun mətnə salına bilər. 






18 Mart, 2011  15:53 Baxılıb: 1277 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner