Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Yerevanda mitinq

Ermənistan müxalifəti hakimiyyətin “sonunun çatdığını” bəyan edib

Martın 17-də saat 17:20 radələrində Ermənistanın paytaxtı Yerevanda Ermənistan Ümummilli Konqresinin (EÜK) mitinqi başlayıb. Simsar.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, aksiya Ermənistan Əlyazmalar İnstitutunun (“Matenadaran”) binasının qarşısında keçirilir. 

Mitinqin tribunasında EÜK lideri, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan, Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçiyan, “Respublika” Partiyası Siyasi Şurasının sədri Аrаm Sarkisyan və müxalifət blokuna daxil olan başqa partiyaların sədrləri var.

Mitinqin aparıcısı – Ermənistan Ümummilli Hərəkatının sədri Aram Manukyan bəyan edib ki, hazırda bu meydanda tarix yazılır və o, bu prosesin iştirakçılarını təbrik edib.

Mitinqdə emosional əhval hökm sürür və iştirakçılar “İndi!” şüarı ilə liderləri yubanmadan fəal hərəkətlərə keçməyə çağırırlar. Liderlər isə “rejimin sonunun çatdığı” barədə bəyanatları ilə aksiyanın ümumi ruhunu saxlayırlar. Mitinqin əsas tələbləri ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsidir.






18 Mart, 2011  00:37 Baxılıb: 1396 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner