Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Səmimiliyimizdən sui-istifadə etdilər”

VİP Siyasi Şurasının üzvü Əliabbas Məhərrəm hesab edir ki, partiya üzvlərinin zəif yerlərini tapıb tərəflərinə çəkənlər oldu 

«Partiyadan istefa verənlər iki-üç nəfərdir. «Azadlıq» qəzeti də bunu şişirdərək ictimaiyyətə təqdim edib. Həmin şəxslər partiyadakı fəaliyyətlərini çoxdan dayandırmışdılar».

Bunu Vətəndaş və İnkişaf Partiyası Siyasi Şurasının üzvü Əliabbas Məhərrəm son vaxtlar partiyadakı istefalara münasibət olaraq Simsar.az-a açıqlamasında bildirib.

Ə.Məhərrəm həmçinin deyib ki, VİP-in siyasi kursunu dəyişməsi barədə deyilənlər cəfəngiyyatdır: “Bəzi siyasi qüvvələr maraqlıdırlar ki, partiyamızın üzvlərini tərəflərinə çəksinlər. Bunun qarşısını almışıq. Səmimilik göstərərək bəzi partiyalara qapımızı açdıq və bundan sui-istifadə edib, üzvlərimizin zəif yerlərini tapıb tərəflərinə çəkənlər oldu”.

Siyasi Şüra üzvü Partiyanın Nəzarət Təftiş Komitəsinin sədri Xanşərəf Əliyev, birinci müavin Sevil Həmidovanın da partiyadan getmələrinə münasibət bildirib: “ Xanşərəf Əliyev Vətəndaş və İnkişaf Partiyasının namizədi olsa da, seçkilərdə özbaşına başqa şəxsin namizədliyini dəstəklədi. Bu da bizim siyasi kursumuza ziddir. Onu partiyadan kənarlaşdırdıq. Sədrin birinci müavini Sevil Həmidova səhhətilə əlaqədar olaraq kənara çəkildi”.

RUSLAN






17 Mart, 2011  17:51 Baxılıb: 1324 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner