Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ən yaxşı 20 əsərin adları açıqlanıb

Qaliblərin kimliyi mayın 31-də bəlli olunacaq

Milli Kitab Mükafatının longlisti (uzun siyahısı) elan olunub. MKM-ə təqdim olunan 112 əsərdən 20 ən yaxşı əsərlərin və müəllifləri adları açıqlanıb. 

Tədbirdə Milli Kitab Mükafatının təşkilat komitəsi, expertləri, münsifləri, media mənsubları, ictimai təşkilatların nümayəndələri, yazıçılar iştirak edib.

Milli Kitab Mükafatının İyirmiliyi:

Azər Abdulla. Sarı Tağ
Azər İsaak. Marsa qayıdış
Aslan Quliyev. Sonuncu
Azad Qaradərəli. Qar ağlığı
Cavid Zeynallı. Günəşi gözləyənlər
Etimad Başkeçid. Kenterberri
Elşad Əliyev. Məhşər Ayağında
Kəramət Böyükçöl. Çöl
Mirmehdi Ağaoğlu. Küləyi dişləyən
Məqsəd Nur. Şəhər meri
Natiq Rəsulzadə. Xonxarı
Natella Osmanlı. Mən axmağam
Nərgiz Bağırzadə. Birisigün
Nəriman Əbdulrəhmanlı. Yolsuz
Paşa Qəlbinur. Qara su
Pərviz. Yad dildə
Samir Sarı. İks günü
Sahilə İbrahimova. Varlı kişinin portmanatı
Svetlana Quliyeva. Dalğa
Zərdüşt Şəfizadə

Xatırladaq ki, MKM “Bakcell” şirkətinin baş sponsorluğu və “Unibank” ASC-nin rəsmi sponsorluğu ilə keçirilir. Mükafatın təsisçısı “Əli və Nino” Nəşriyyat Evidir. Martın 29-da ekspertlər şurası qısa siyahını (10-luğu) elan edəcəklər. Bundan sonra münsiflər heyəti öz işinə başlayacaq. Münsiflər heyətinə yazıçı Afaq Məsud, yazıçı Çingiz Abdullayev, ssenarist Rüstəm İbrahimbəyov, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vagif Səmədoğlu, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, Fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, Qanun nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə daxildilər.

Birinci yerin qalibi üç min, İkinci yerin iki min, Üçüncü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Amerika səfirliyi tərəfindən Amerika yazıçısının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməyə görə ayrıca 1000 manat məbləğində mükafat veriləcək.
Qaliblərin adları mayın 31-də açıqlanacaq.






17 Mart, 2011  19:25 Baxılıb: 5015 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner