Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Yeni aerovağzal kompleksinin tikintisinə başlanılıb

İlham Əliyev martın 17-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak edib

“APA-ECONOMICS”in məlumatına görə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlət başçısına məlumat verib ki, ümumi sahəsi 58 min kvadratmetr olacaq yeni aerovağzal kompleksi ən son texnologiya və avadanlıqla təchiz ediləcək. 

Kompleks istifadəyə verildikdən sonra Heydər Əliyev Beynəlxalq Aeroportunun illik sərnişin dövriyyəsi 3 milyon nəfərə çatdırılacaq.

Prezident İ. Əliyev yeni aerovağzal kompleksinin baş planını və mövcud terminalda aparılacaq əsaslı yenidənqurma işlərini əks etdirən stendlərə baxıb.

Sonra dövlət başçısı kompleksin təməlini qoyub.

O, kapsulu bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb.

Prezident İ. Əliyev hava limanının kollektivi və inşaatçılarla görüşüb, tövsiyə və tapşırıqlarını verib.






17 Mart, 2011  18:37 Baxılıb: 1271 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner