Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Avropa Şurasının binası qarşısında erməni vandalizminə qarşı etiraz

“Uşaqların qatillərinə ar olsun!”

Fransadakı Azərbaycan diasporu bu gün Strasburq şəhərində Avropa Şurasının binası qarşısında 9 yaşlı azərbaycanlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, “Strasburq Azərbaycan Evi” cəmiyyətinin təşkil etdiyi aksiyada “Ermənistan təcavüzünə son!”, “Uşaqların qatillərinə ar olsun!”, “Genosidə son!” kimi şüarlar səsləndirilib. Məlumatda qeyd olunub ki, aksiyada qətlə yetirilən Fariz Bədəlovun şəkli ilə yanaşı Zori Balayan, Robert Koçaryan və Serj Sərsiyanın şəkilləri aksiya iştirakçıları tərəfindən nümayiş etdirilərək “uşaqların qatillərinə ar olsun!” şüarı səsləndirilib.
Nümayişçilər 9 yaşlı Fariz Bədəlovun öldürülməsi ilə bağlı hazırladıqları bəyanatı paylayıblar. Bəyanat və Fariz Bədəlovun şəkli zərfdə Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğluya, Avropa Şurasının baş katibinə, Avropa Şurasının İnsan Haqları üzrə Komissarına, Ailə və uşaqlarla bağlı Komissiyanın sədrinə, Nazirlər Komitəsinin sədrinə təqdim olunub. Bəyanat və 9 yaşlı uşağın şəkli Avropa Şurası və Avropa Birliyinin deputatlarının elektron ünvanlarına da göndərilib.






17 Mart, 2011  00:00 Baxılıb: 2175 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner