Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Regionda hərbi-siyasi durum iki nazirin diqqətində

Ukraynalı həmkarı Səfər Əbiyevlə görüşüb

Azərbaycanda rəsmi səfərdə olan Ukraynanın müdafiə naziri Mixail Yejelinin martın 16-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Ukraynalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, geniştərkibli görüş zamanı Azərbaycanın müdafiə naziri S.Əbiyev ukraynalı həmkarı başda olmaqla bütün nümayəndə heyətini salamlayaraq qeyd edib ki, iki ölkə arasında bütün səviyyələrdə strateji xarakter daşıyan əlaqələr mövcuddur. S. Əbiyev bildirib ki, bu əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq və inkişaf etdirmək qarşıda duran əsas məqsədlərdən biridir.

Hər iki nazir söhbət zamanı hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunub. Regionda mövcud hərbi-siyasi durum da diqqət mərkəzində olub.

Nazir Səfər Əbiyev vurğulayıb ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal edilib, bir milyon soydaşımız öz yurd-yuvasından didərgin düşüb. Nazirin fikrincə, münaqişənin həlli ilə əlaqədar ATƏT-in Minsk Qrupunun fəaliyyəti hələlik öz konkret nəticəsini vermir. İndiyə qədər Ermənistanın işğalçılıq siyasətindən geri çəkilməsi üçün nüfuzlu beynəlxalq qurumların qətnamələri də yerinə yetirilməmiş qalıb. Nazirin sözlərinə görə, belə bir vəziyyətdə işğal olunmuş torpaqları azad etmək üçün Azərbaycanın ciddi və zəruri tədbirlər görməkdən başqa yolu qalmır: «Biz bu istiqamətdə fəaliyyətimizi genişləndiririk».

Görüş zamanı nazirlər arasında digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.






16 Mart, 2011  23:31 Baxılıb: 1438 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner