Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bir ildə 856 zəlzələ

Onlardan yalnız 5-i hiss olunub

Bu il ərzində Azərbaycanda 856 yeraltı təkan qeydə alınıb. 


APA-nın xəbərinə görə, bu barədə bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib. O bildirib ki, təkanların 5-i hiss olunub. Belə zəlzələlər Gürcüstan-Zaqatala, Qəbələ və Şirvan-Haçıqabul bölgəsində baş verib. Ümumilikdə bu ilin mart ayı ərzində baş vermiş təkanların sayı və onlardan ayrılmış enerjinin miqdarı yüksək olub. Bu ay ərzində 319 təkan baş verib.

Dünyada baş verən zəlzələlər barədə Azərbaycanda quraşdırılmış seysmoloji stansiyalar vasitəsilə məlumat əldə edə bildiklərini deyən Q. Yetirmişlinin sözlərinə görə, Yaponiyada baş vermiş zəlzələ 1900-cü ildən indiyədək dünyada baş vermiş beşinci ən güclü zəlzələdir. Martın 11-dən 16-dək Yaponiyada 4,1-5 bal gücündə 231, 5,1-6 bal gücündə 226, 6,1-7 bal gücündə 25, 9 bal gücündə 1 zəlzələ baş verib. Ümumilikdə isə bu zəlzələlərin sayı 478 olub.






16 Mart, 2011  23:17 Baxılıb: 1432 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner