Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan avtomat sürət qutulu avtomobillərin istehsalına başlayır

Bu il ərzində Naxçıvan Avtomobil Zavodunda (NAZ) 1000-1500 ədəd avtomobil yığılacaq

Bu barədə APA-ya NAZ-ın satış və marketinq departamentinin rəhbəri Tamerlan Abdullazadə bildirib. Onun sözlərinə görə, 2010-cu ildə zavodda 500 ədəd “Lifan” markalı avtomobil yığılıb: “Bunlar “NAZ-Lifan 320”, “NAZ-Lifan 520”, “NAZ-Lifan 520i” və “NAZ-Lifan 620”-dir. Hazırda zavodda yalnız mexaniki sürət qutusu ilə avtomobillər yığılır. Lakin bu ildən avtomat sürət qutusu ilə də avtomobil istehsalını nəzərdə tuturuq. Gələn ildən isə ağır yol şəraiti üçün nəzərdə tutulmuş avtomobillərin yığılmasına başlanacaq”.

Qeyd edək ki, hazırda Bakı və Naxçıvanda NAZ-ın satış və servis mərkəzləri fəaliyyət göstərir. Yaxın gələcəkdə isə Gəncə, Sumqayıt və Şamaxı şəhərlərində də bu mərkəzlərin açılması planlaşdırılır.

NAZ 2010-cu ilin yanvar ayından fəaliyyət göstərir. Hazırda zavodda yığılan avtomobillərin satış qiyməti 8400-12600 manat təşkil edir.






16 Mart, 2011  17:53 Baxılıb: 1795 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner