Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev : "Biz Ermənilərdən tələb edirik..."

Doqquz yaşlı oğlan əsgər deyil, o, uşaqdır. Bəs onda belə zorakılıq aktına əl atan tərəfə biz necə etimad göstərə bilərik?!

«İsveçrə Cənubi Qafqaz regionunda olduqca fəaldır və biz İsveçrənin münaqişələrin sülh yolu ilə həllinə yönələn səylərini yüksək qiymətləndiririk». APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev isveçrəli həmkarı Mişelin Kalmi-Reylə görüşündən sonra mətbuat üçün verdiyi bəyanatda bu fikri işlədib.

«Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların ən son durumu haqqında xanım Prezidentə məlumat verdim. Ümidvar olduğumu bildirdim ki, Ermənistan danışıqlar zamanı özünü konstruktiv aparacaq və işğal olunan torpaqlardan işğalçı qüvvələrin çıxarılmasını tələb edən beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirməyə başlayacaq. Bütün mühüm beynəlxalq təşkilatlar bu məsələnin həlli ilə bağlı siyasi mövqeyini bildiriblər», deyən dövlət başçısı təəssüflə münaqişənin həllində heç bir praktiki nəticə olmadığını bildirib.

«Status-kvonun dəyişdirilməsi, qaçqın və məcburi köçkünlərin həmin işğal edilmiş ərazilərə qayıdışına başlamaq üçün vaxt yetişib. Bu, onların öz torpaqlarında yaşamaq üçün fundamental hüquqlarıdır. Ermənistan silahlı qüvvələri uzun müddətdir ki, onları bu hüquqdan məhrum edib. Əfsuslar olsun ki, danışıqlar zamanı əldə edilən razılaşmalar və qəbul edilən bəyannamələr Ermənistan tərəfindən pozulur. Ən son misal prezident Medvedevin Soçidə təşkil etdiyi görüş oldu. Bu görüşün nəticəsi olaraq etimadın yaradılması tədbirləri və hər bir məsələni sülh yolu ilə həll etmək cəhdinə dair niyyətlə bağlı birgə bəyannamə imzalandı. Təəssüf ki, bundan üç gün sonra ermənilər doqquz yaşlı oğlanı qətlə yetirdilər. Doqquz yaşlı oğlan əsgər deyil, o, uşaqdır. Bəs onda belə zorakılıq aktına əl atan tərəfə biz necə etimad göstərə bilərik?! Bu halda hədəfdə mülki şəxslər, xüsusən də adi uşaqdır. Bu, onu göstərir ki, Ermənistan tərəfi hətta öz imzasına və bəyannaməsinə belə hörmət etmir. Bu, qarşılıqlı etimad səviyyəsini ciddi şəkildə azaldır və gözlənilməz nəticələri olacaq vəziyyət yarada bilər. Biz ermənilərdən mülki şəxslərimizə qarşı xüsusi qəddarlıqla edilən hücumlara son qoymağı tələb edirik. Çünki bu, nə birinci haldır, nə də ki, ola bilsin sonuncu. Biz tərəfdən heç vaxt mülki şəxslərə, o cümlədən uşaqlara qarşı belə hərəkətlər edilməyib. Danışıqların hazırkı formatı sülh yolu ilə nizamlanmaya apara bilər. Bunu etmək üçün Ermənistan tərəfinin beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirmək və danışıqların ruhu və formasına uyğun davranmaq üçün siyasi iradəsi olmalıdır. Bu gün müzakirə olunan məsələlər sülh yolu ilə nizamlanmaya, ərazi bütövlüyünün bərpasına, eləcə də bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına apara bilər. Biz, eyni zamanda, Dağlıq Qarabağa özünüidarəetmə statusunu güclü siyasi və təhlükəsizlik zəmanətləri ilə verə bilərik. Bu düstur müzakirə olunmaqdadır. Danışıqlarda konstruktiv mövqe tutan Azərbaycan, danışıqları bu formatda davam etdirməyə hazırdır», deyə prezident bəyan edib.

İlham Əliyev 2010-cu ili «itirilmiş imkanlar ili» kimi dəyərləndirib. «Zənnimcə, əvvəlki illə müqayisədə Ermənistan tərəfi daha aydın şəkildə anlayacaq ki, regionda sülh və sabitliyin bərqərar olması üçün yeganə yol işğal edilən ərazilərdən çıxmağa başlamaqdır», deyə dövlət başçısının bəyanatında vurğulanır.

Öz növbəsində İsveçrə prezidenti Azərbaycan dövlət başçısına Cənubi Qafqazda regional vəziyyətlə bağlı verdiyi məlumata görə minnətdarlıq edib. «İsveçrənin xarici siyasətinin prioritetlərindən biri münaqişələrin sülh yolu ilə həllidir. İsveçrə vasitəçidir, çünki biz neytral ölkəyik. Biz çalışırıq ki, vəziyyətə obyektiv yanaşaq. Regionunuzda olan problemlərin həllində Sizə irəliləyiş arzulayıram», deyə o bəyan edib.






15 Mart, 2011  16:13 Baxılıb: 1270 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner