Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Astanada türk yazısı ilə bağlı beynəlxalq forum keçirildi

Astanada türk yazısı gününə həsr olunmuş beynəlxalq forum keçirilib

Mayın 19-20-də Memarlıq və İncəsənət İnstitutunun direktoru professor Ərtəgin Salamzadə Astanada keçirilən Türk yazısı gününə həsr olunmuş Beynəlxalq forumda iştirak edib.AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindəbn Simsar.az-a verilən məlumata görə, forum Türk Akademiyası tərəfindən təşkil olunub. Forumun işində Qazaxıstan, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan, eləcə də Rusiyanın türk regionlarından alimlər, diplomatlar və ictimai xadimlər iştirak ediblər. Forumda Azərbaycanı AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanın Qazaxıstanda səfiri Zakir Həşimov, Azərbaycanın Polşada səfiri Həsən Həsənov, professor Ərtəgin Salamzadə, sənətşünaslıq doktoru Rəna Abdullayeva təmsil edib.

Forumun geniş iclası Qazaxıstan paytaxtının mərkəzində yerləşən sülh və həmrəylik sarayında keçirilib. Burada Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, yazıçı və diplomat Oljas Süleymenov, Azərbaycanın Polşada səfiri Həsən Həsənov, eləcə də milli nümayəndə heyətlərinin rəhbərləri və tanınmış türkoloq-alimlər çıxış ediblər. Forumun işi L.N.Qumilyov adına Avrasiya universitetinin binasında davam etdirilib. Forum çərçivəsində iki bölmənin iclasları keçirilib: “Türk yazısı: keçmiş, indi və gələcək” və “Ümumi tarix: nəzəri-metodoloji problemlər”. İkinci bölmənin iclasında Ə.Ə.Salamzadə “Türkoloji sənətşünaslıq elmin yeni istiqamətidir” məruzəsi ilə çıxış edib.

Forum çərçivəsində Türk Akademiyası ilə Rusiya elmlər akademiyasının Ufa elmi mərkəzi arasında əməkdaşlıq barədə Memorandum imzalandı, həmçinin Türk Akademiyasının çap etdiyi yeni kitabların təqdimatı keçirilib.

Aysel Kərimova

 

 






23 May, 2014  14:01 Baxılıb: 1248 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner